Vəfadar Cəfərov

Könüllülərlə İş Departamenti

Sabirabad "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Vəfadar Cəfərov  20.08.1993-cü ildə Sabirabad rayon Şıxlar kəndində anadan olmuşdur.

2000-ci ildə Sabirabad rayon Yusif Qasımov adına Mürsəlli kənd tam orta məktəbinə daxil olub. 2011-ci ildə həmin məktəbdən məzun olmuşdur.

2015-ci ilin aprel-may aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Sabirabad “ASAN xidmət” mərkəzində könüllü fəaliyyət göstərmiş, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

2016-cı ilin yanvar ayından 2017-ci ilin avqust ayına qədər "Yaşıl ASAN" təşəbbüsünün Sabirabad regional “ASAN xidmət” mərkəzi üzrə koordinatoru kimi fəaliyyət göstərmişdir.

Hal-hazırda “ASAN Könüllüləri” Təşkilatının Sabirabad regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi vəzifəsində çalışır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36