
Rəbiyyə Cəfərova
İdarə heyəti
Üzv
Rəbiyyə Ramiz qızı Cəfərova 19 yanvar 1992-ci ildə anadan olub.
1998-2009-cu illərdə Bakı şəhər Samir Hacıyev adına 5 saylı tam orta məktəbdə təhsil alıb.
2009-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr pilləsində təhsil alıb.
Universitet illərində bir çox layihələrdə iştirak edib və özəl şirkətlərdə çalışıb. 2013-cü il 1 avqust tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü fəaliyyətə başlayıb.
1 dekabr 2014-cü il tarixindən “ASAN Könüllüləri” Təşkilatında, 11 avqust 2014-cü il tarixindən isə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərir.
İngilis və rus dillərini bilir.