Qənİmət İsbəndİyarov

Könüllülərlə İş Departamenti

3 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Qənimət  Qasım oğlu  İsbəndiyarov  5 yanvar 1998-ci ildə Bakı şəhərində  anadan  olmuşdur.

2004-2015-ci illərdə Bakı şəhəri 32 saylı məktəbdə təhsil almış və tam orta təhsilini birinciliklə bitirmişdir.

2005-2012-ci illərdə 7 nömrəli Musiqi məktəbində Piano ixtisası üzrə təhsil almışdır.

2015-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Hal-hazırda Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr təhsilini davam etdirir.

30.07.2017-30.09.2017 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini qrup rəhbəri olaraq 1-ci dərəcə ilə başa vurmuşdur.

2017-ci ilin Oktyabr ayından “ASAN Könüllüləri” Təşkilatı 3 saylı Bakı “ASAN xidmət” mərkəzi  üzrə nümayəndə vəzifəsində  fəaliyyət  göstərir.

MC Word, MC Office  və digər  proqramları bilir.

İngilis dilini bilir.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36