
Sənan Ələsgərov
Sağlamlıq İmkanları məhdud gənclərlə İş departamentİ
Departament müdiri
Sənan Kənan oğlu Ələsgərov 22.02.1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
2004-2015-ci illərdə orta məktəb təhsilini Gəncə şəhərində almış.
2018-ci ildə Moskva Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Hal-hazırda həmin universitetdə İdarəetmə fakültə üzrə təhsilini davam etdirir.
2017-ci ilin iyul ayından sentyabr ayına qədər Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.
Bakı şəhərində və bölgələrdə əlliklə bağlı bir çox sosial layihələr etmişdir. Dünyada ilk dəfə Azərbaycanda keçirilən I Uşaq Paralimpiya Oyunlarının üzgüçülük idman növü üzrə qalibi olmuşdur.
2017-ci ilin yanvar ayından "ASAN Könüllüləri" Təşkilatı Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş Departamentinin müdiri olaraq fəaliyyət göstərir.
Rus dilini bilir.