
Ağaəli Tehranlı
Ümumi İşlər Departamenti
Əməkdaş
Ağaəli Cahid oğlu Tehranlı 25 may 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2006-2017-ci illərdə Bakı şəhəri 151 saylı tam orta məktəbdə təhsil almışdır.
2013-2016-cı illərdə güləş idman növü ilə məşğul olmuş və bir çox uğurlar əldə etmişdir.
2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Hal-hazırda Dünya İqtisadiyyatı ixtisası üzrə bakalavr təhsilini davam etdirir.
15.12.2017-15.02.2018 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini qrup rəhbəri olaraq 1-ci dərəcə ilə başa vurmuşdur.
2018-ci ilin aprel ayından oktyabr ayınadək “ASAN Könüllüləri” Təşkilatı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi üzrə nümayəndə vəzifəsində fəaliyyət göstərib.
Hal-hazırda "Ümumi işlər departamenti"nin əməkdaşı kimi fəaliyyət göstərir.
MC Word, PowerPoint ,Excel və digər proqramları bilir.
İngilis və Rus dillərini bilir.