Elmir Səmədli

Layihələrin İdarəedilməsi Departamenti

Əməkdaş

Elmir Səmədli Pərviz oğlu 18 avqust 2000-ci ildə Bakı şəhərində anadan olub.
 
2007-2018-ci illərdə 55 saylı tam orta məktəbdə təhsil alıb.
 
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
 
2016-cı ildə “Ölkəmizi tanıyaq” layihəsində iştirak etmişdir.
 
2016-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi və “İRƏLİ”  İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan İntellektual Birincisi” layihəsində iştirakına görə şəhadətnamə ilə təltif olunmuşdur.
 
2018-ci ildə oktyabr və noyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışıb və 1-ci dərəcə ilə fəaliyyətini  başa vurub.
 
2019-cu il yanvar-aprel tarixlərində “Könüllülərlə iş” departamentinin 2 saylı “Asan Könüllülər” mərkəzi üzrə nümayəndəsı vəzifəsində çalışmışdır.
 
2019-cu il 25-28 aprel tarixlərində Bakı şəhər halqasında “Crowd control team member “ vəzifəsində çalışmışdır.
 
2019-cu ilin may ayından “Layihələrin idarə ediməsi” departamentinin əməkdaşı vəzifəsində fəaliyyət göstərir.
 
Ofis proqramlarında işləməyi bacarır.
 
İngilis dilini bilir.
 

Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36