Anar Musayev

Könüllülərlə İş Departamenti

Əməkdaş

Anar Adil oğlu Musayev 15 fevral 2001-ci ildə Latviya Respublikasında anadan olmuşdur.

2007-2018-ci illərdə Famil İskəndərov adına 157 saylı tam orta məktəbində təhsil alıb.

2018-ci ildə orta təhsilini fərqlənmə ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin Davamlı inkişafın idarə edilməsi ixtisasına daxil olub.

Könüllü fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının THİK-də başlayıb və sədr vəzifəsində çalışıb

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəznində fəaliyyət göstərən " Vətənpərvərlik klubu"-da İnsan Resursları üzrə məsul şəxs kimi çalışıb.

2019-cu ilin fevral ayının 28də Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəznində 3 saylı Bakı "Asan Xidmət" mərkəzində könüllü olub.

Qrup rəhbəri olaraq 1-ci dərəcə ilə fəaliyyətini tamamlayıb.

2019-cu ildə " Vətən bizə əmanətdir", "Gənclər Təşkilatları Dayanıqlı inkişaf Məqsədləri Naminə Konfransı"-da iştirak edib.

"United Nations Public Service Forum 2019", "MİLLİMUN First National Model UN Conference"  kimi yerli və beynəlxalq layihələrdə iştirak edib.

26 iyul 2019-cu ildə " Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc liderlər proqramının məzunu olub.

2019-cu ilin may və noyabr aylarında "ASAN Könüllüləri" Təşkilatının 3 saylı Bakı "ASAN Xidmət" mərkəzi üzrə nümayəndə kimi çalışıb.

2019-cu ilin noyabr ayından "ASAN Könüllüləri" Təşkilatının Könüllülərlə iş departamentinin əmakdaşı kimi çalışır.

Rus dilini bilir.

Ofis proqramlarında işləməyi bacarır.

 

Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36