ASAN könüllüləri üçün karyera planlaması təlimləri keçirilib

ASAN Könüllüləri və "Bravo" marketlər şəbəkəsi birgə əməkdaşlıq çərçivəsində “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər üçün “Karyera planlaması üçün ilk mərhələ” mövzusu üzrə təlim modulları tədris edib.

ASAN kadr karyera mərkəzinin təşkilatçılığı ilə 27 iyul tarixində baş tutan təlimdə ayrı-ayrı qruplar olmaqla 100 nəfər könüllü "Bravo" marketlər şəbəkəsinin İnsan resurları üzrə mütəxsəssislərinin hazırladığı proqrama uyğun olaraq maarifləndirilib.

Təlimlərin keçirilməsində məqsəd gənc könüllülərin bacarıqlarının artırılması, onların iş həyatına hazırlanması və "Bravo" marketlər şəbəkəsinin gənclərə dəstəyini nümayiş etdirməkdir.

Qeyd edək ki, təlimdə iştirak edən könüllülərə www.asanmektub.az  layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı "Bravo" marketlər şəbəkəsi tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində  hədiyyə olunmuşdur.

 

#bravo #asankonulluleri  #asanmektub #asankadr