"ASAN Məktub" layihəsinin koordinatoru Elvin Əlirzayev ilə maraqlı müsahibə

----  Salam, Elvin bəy. Bizə özünüz haqda danışın.

---- Mən Elvin Əlirzayev 1996-cı il noyabrın 4-ü anadan olmuşam, 2004-cü ildə Ərəstun Mahmudov adına 220 saylı məktəb liseyin 1-ci sinfində təhsil almağa başlamışam və 2015-ci ildə həmin məktəbi bitirmişəm. 2015-ci ildə ADA Universitetinin Beynəlxalq Münasibətlər fakultəsinə qəbul olmuşam və hal-hazərda təhsilimi davam etdirirəm.

---- Hobbiniz, sevdiyiniz kənar məşquliyyətlər nələrdir?

---- ​​​Sağlam həyat tərzinə üstünlük verdiyim üçün idmanla məşğul olmağı sevirəm, bundan əlavə stolüstü oyunlarla da həvəskar kimi məşğul oluram.

---- ​​İndi hansı işdə çalışırsız?

---- ​​Hal-hazırda "ASAN Könüllüləri" Təşkilatında Layihələrin İdarəolunması departamentinin əməkdaşıyam və "ASAN Məktub" layihəsinin koordinatoru vəzifəsində çalışıram.

---- ​​Ən güclü tərəfiniz nədir?

---- ​​Mənim ən güclü tərəfim işimin məsuliyyətini mühüm amil bilərək onun üçün əlimdən gələni əsirgəməməyimdir. Işimin məsuliyyətini dərk etmək mənə bu işdə uğur qazanmağa ciddi təsir edir.

---- ​​Sizin üçün ən çətin qərar nə olmuşdur yaxud hansı qərarlarda çətinlik çəkmisiz?

---- ​​Insanlar hər zaman müxtəlif qərarlarda çətinlik çəkirlər və bu istər əvvəlcədən etdiyi bir iş olsun, istərsə də ilk dəfə edəcəyi bir işdə özünü göstərir. Mənim üçün çətinlik heç vaxt etmədiyim bir işə yeni başlayarkən olur və bu bəzən o işə qarşı kompleksim olduğundan irəli gəlir. Çətinliyim hər zaman uğur əldə edəcəyim işdə olur və bunun da öhdəsindən gəlməyi bacarıram.

---- ​​"ASAN"ı nəyə görə dəyərli fürsət olaraq gördünüz?

---- ​​Insanın cəmiyyətdə özünə yer tapması əsasən gənclik dövrünü əhatə edir və bu zaman şəxsiyyətin formalaşması üçün sağlam mühitə ehtiyac olur. Mən də yüksək potensiala məxsus gənclərin əhatə olunduğu  "ASAN"ın uyğun mühit olduğunu düşündüm və burada könüllü fəaliyyətə başladım. 

---- ​​Zəif bir başlanğıcı necə yaxşı işə çevirərsiz?

---- ​​Zəif bir başlanğıcı yaşxı işə çevirmək üçün əsas cəhət sağlam rəqabət və əzmin olmasıdır. Bu zaman işdə irəliləyiş etməklə uğur qazanmaq olar. 

---- ​​Hal-hazırda çalışdığınız iş yeri sizə nə kimi təsirlər edib?

---- ​​"ASAN Xidmət" mühitinin mənə təsirlərini saymaqla bitməz ki, mən bu gün o təsrilərdən yana daha güclü və özgüvənliyəm deyə bilərəm. İstər bu insanlarla ünsiyyətdə olsun, istər işin düzgün inkişaf etdirilməsi strategiyasını düşünməkdə, istərsə də çətin durumlardakı "nəyi necə eməli?" sualında olsun, hələ də öyrənəcəklərim bitməyib və hər gün bu təsir məni daha da öyrədərək yüksəldir.

----  Başqa birini necə tənqid edərdiz?

----  Əgər bir səhv hərkəsin yanında davamlı şəkildə edilirsə bunu kənarda o şəxsə bildirməyi daha üstün tuturam və ya jestlərlə digərlərinin diqqətini çəkmədən ona bildirərəm. Bundan əlavə, etdiyi yanlış hərəkətin ona qarşı olunduğu halda özünü necə hiss etdiyini ona bildirməklə onu tənqid etmək ən düzgün variant olar.

----  Sizcə "ASAN Məktub" cəmiyyətə nə verir?

----  ASAN Məktub cəmiyyətdəki bir sıra dəyərləri özündə cəmləşdirir və insanlar arasında qarşılıqlı sevgi və istək dəyərlərini daha da artırır. Cəmiyyətdə qeyri bərabər paylanmış dəyərləri balanslaşdırmağa xidmət edir və yardıma ehtiyacı olan azyaşlı ilə yardım etmək istəyən vətəndaş arasındakı əlaqələri gücləndirən zəncir rolunu oynayır.

----  Əgər çalışdığınız “ASAN Məktub” komandası siz istədiyiniz kimi olmazsa nə edərdiniz?

----  "ASAN Məktub" komandası istədiyim kimi olmazsa o komandanı tərk etmək məsələnin həlli yolu olduğunu düşünmürəm. Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün lazım olan detalların bütün əməkdaşlar tərəfindən nəzərdən keçirilərək tətbiq olunması yolunu üstün tuturam.

----  Stress və basqı ilə nə cür barardınız?

----  Stress və basqının öhdəsindən gəlməyin əsas yolu iş mühitimin özüdür çünki, maraqdolu və böyük istəklə qarşılanan işim stress və basqını üstələməyə imkan yaradır.

----  Sizi motivasiya edən nələrdir? Nələri düşünüb gələcəyə dalırsız?

----  "ASAN Xidmət" mühitində könüllü fəaliyyət göstərdiyim müddətdə məni əhatə edən insanların böyük dəstəyi və işimə qarşı olan sevgi məni motivasiya edən əsas amildir. Komanda olaraq azyaşlıların üzündə sevinc yaratmaq, onların və cəmiyyətin sevgisini qazanmaq motivasiyamın əsasını təşkil edir.

---- İndiyə qədər gərək etməzdim dediyiniz addım oldumu? Oldusa nə?

---- Indiyə qədər gərək etməzdim dediyim hərhansı bir addımım olmayıb amma, "ASAN Xidmət" mühitinə kaş ki, daha əvvəlcə qatılardım,  daha çox uğur və təcrübə qazana bilərdim.

---- Dostlarınız haqqınızda ən çox nəyi deyir?

---- Dostlarım komandamla onlardan çox mehriban olduğumu hərdən məndən küsərək deyirlər.

---- Nə cür bir çalışma ortamı istərdiniz?

---- Elə indiki kimi hər zaman işini sevən və potensiallı gənclərin əhatə olunduğu bir ortamda işləmək istərdim. 

---- Uğuru nə cür dəyərləndirirsiz?

---- "ASAN Xidmət"ə ilk dəfə gələndə 1 mühüm anlayış diqqətimi çəkmişdi və o xidmətin çoxluğu yox vətəndaşın razılığının əsas faktor olaraq qəbul olunması idi. Mənim üçün də uğur "ASAN Məktub"un hədəf kütləsi olan uşaqların sevincinə şərik olmaq və onların sevgisini qazanmaqdır.

---- Özünüzdə nəyi hələ də formalaşdırmağa çalşırsız?

---- Özümdə idarəçilik qabiliyyətinin güclü şəkildə formalaşdırmağa çalışıram və bunun gələcək fəaliyyətimdə böyük təsiri olacağını düşünürəm.

---- Yaşıdlarınıza, gənc yoldaşlarınıza nəyi məsləhət edərdiz, nəyi çatdırmaq istərdiz?​

---- Yaşıdlarıma və gənclərə əsasən mənəvi  dəyərləri və şəxsi inkişafını artırmaq üçün zəngin mədəniyyətə və biliyə sahib olan mühitdə formalaşmağı məsləhət görərdim.

---- Vətən və şəxsi amal sizcə nə nə ehtiva edir bu anlayışlar?

----  Mənimçün vətən ya şəxsi amal fərqli, ayrı ola biləcək anlayışlar deyil ki, hər iki şərti insan öndə tutmalı. Vətəni üçün şəxsi amalını müəyyən etməli və bu yöndə hər zaman onu inkişaf etdirməlidir ki, vətən üçün bir iş görərək həm də şəxsiyyət olaraq dəyər qazana bilsin. Şəxsi amal və vətən anlayışları hər zaman bir-birini balanslaşdırır və cəmiyyətdə insanların şəxsi amallarının vətən, xalq yolunda tərəqqi etməsi gələcəyi olduqları cəmiyyətin bilikli və dəyərli vətəndaş olaraq yetişməsinə aparan yüksək yoldur. 

    Dəyərli vaxtınızı ayırdığınız üçün minnətdarıq.