"ASAN Könüllüləri" Təşkilatı - "International Volunteer Service E

12-15 dekabr tarixlərində Çinin Pekin şəhərində BMT-nin Könüllülük Proqramı (UNV) tərəfindən "International Volunteer Service Exchange Conference" təşkil olunmuşdur. Dünyada könüllülüyün gələcək inkişafı və bu istiqamətdə qarşılıqlı əməkdaşlıqlar mövzusuna həsr olunmuş proqramda 40-dan çox ölkənin dövlət və qeyri-hökümət təşkilatları nümayəndələri iştirak etmişdir. Konfransda Azərbaycanı "ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov təmsil etmişdir.