"AVO MUN" 2018 layihəsi başlayır!

"AVO MUN" layihəsi çərçivəsində BMT-nin Təhlükəsizlik Şurası 15 üzvü ilə Dağlıq Qarabağ mövzusunu müzakirə edəcək.

Bu il qeyri-daimi üzvlərdən İran, Türkiyə, Ukrayna, Almaniya, Liviya, Boliviya, Şimali Koreya, İsrail, Əfqanıstan, İspaniya nümayəndələri, müşahidəçilərdən isə Azərbaycan, Ermənistan nümayəndələri eləcə də Beynəlxalq Əfv Təşkilatının üzvləri iştirak edəcəklər.


Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı və “Gilan Holdinq”in təşkilatçılığı, ADA Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin (UNDP Azerbaijan) dəstəyi ilə 17-19 may 2018-ci il tarixində, ADA Universitetində gənclərin siyasi, sosial və hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” 2018 layihəsi keçiriləcəkdir.

Layihə çərçivəsində fəaliyyət göstərəcək komitədən biri BMT-nin Təhlükəsizlik Şurasıdır. Debatın əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq. 

Eyni zamanda Azərbaycanda ilk dəfə 3 fərqli dildə (Azərbaycan, ingilis və rus) 3 komitənin simulyasiyası təşkil ediləcəkdir.