Rəqs kursları

“ASAN Könüllüləri” Təşkilatı milli, ritm və ləzginka rəqslərini proqramlı şəkildə öyrənmək istəyən könüllülərimiz üçün şans yaradıb.

ASAN Könüllüləri üçün endirimli şəkildə təşkil olunacaq (aylıq 20 azn) dərslər, həftənin 1 və 3-cü günləri saat 13:00-14:30, 2 və 4-cü günlər isə 19:00-20:30-dək rəqqas Azər Azərsoy tərəfindən “İB Club”da keçiriləcək.

Qoşulmaq istəyən könüllülər “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “ASAN Könüllüləri” Təşkilatının nümayəndələrinə müraciət edə bilərlər.