İdarə Heyəti seçkilərinin nəticələri açıqlandı

AKGT , ASANYOUTH

17 dekabr 2013-cü il tarixində İdarə Heyətinin seçkilərinin nəticləri elan olundu və İdarə Heyətinin ilk toplantısı keçirildi.

Toplantıda Təşkilatın gələcək perspektivləri, görüləcək işlər, məqsəd və vəzfiələri müzakirə olunub. Daha sonra təşkilatın sədrinin müəyyənləşməsi üçün fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Təşkilatın həmtəsisçiləri Fərid Sadıxlı, Vəfa Qubadova və Sahil Məmmədli, eləcə də ASAN Könüllüləri arasında aparılmış səsvermənin nəticələrinə uyğun olaraq Rəşad Məmmədov, Leyla Vəlizadə, Fərid Gülablı və Lalə Vəlizadə İdarə Heyətinin üzvləridirlər.

İdarə heyətinin üzvü Sahil Məmmədli, təşkilatın sədrliyinə, təşəbbüs qrupunun rəhbəri Fərid Sadıxlının namizədliyini irəli sürüb. İdarə heyətinin keçirdiyi seçkiyə əsasən, səsçoxluğu ilə Fərid Sadıxlı Təşkilatın sədri seçilib. Sədr Fərid Sadıxlı, İdarə Heyətinin üzvü Vəfa Qubadovanı təşkilatın Baş katibi təyin edib.