ASAN Könüllüləri "Sağlam ol və YARAT" yarışmasında iştirak etdilər

AKGT , ASANYOUTH , SPORT

14 iyun 2014-cü il tarixində ASAN Könüllüləri "Sağlam ol və YARAT" adlı qaçış yarışında iştirak etdilər. 

Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən yarış YARAT Müasir İncəsənət Məkanı, "ASAN xidmət", Azərbaycan Peyntbol Federasiyası və Azərbaycan Atletika Federasiyası tərəfindən həyata keçirilmişdir.

Qeyd edək ki, "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyinin əsas fəaliyyət prinsiplərindən biri məhz sağlam ruhun aşılanmasıdır. Gələcəkdə də ASAN Könüllülərinin bu tip yarışmalarda davamlı olaraq iştirakı planlaşdırılır.