“İnnovativ idarəetmə məktəbi”nin açılışı mərasimi keçirilmişdir

AKGT , ASANYOUTH , İNNOVATİVİDARƏETMƏ , ASANSCHOOL

Dekabrın 27-də “ASAN School” könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə layihəsi olan “İnnovativ idarəetmə məktəbi”nin açılış və “ASAN school” proqramının “Master 2” mərhələsimin ilk sertifikatlarının təqdim etmə mərasimi mərasimi keçirilmişdir.

“İnnovativ idarəetmə məktəbi” çərçivəsində təşkil ediləcək müxtəlif təlim, tədbir və həmçinin görüşlərdə Könüllülərimiz ölkənin bir sıra görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək şansı əldə edərək öz fərdi inkişaflarına gedən yolda uğurlu addımlar atacaqlar.
“İnnovativ idarəetmə məktəbi”nin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab İnam Kərimov, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini cənab İdris İsayev, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisi cənab Faiq Şahbazov çıxış edərək yaradılmış “İnnovativ idarəetmə məktəbi”nin əhəmiyyətindən söz açıblar.

Tədbirin sonunda “ASAN School” proqramının “Master 2" mərhələsində iştirak edən Könüllülərimizə sertifikatlar təqdim olunub.