“Beynəlxalq Sülh Günü”nə həsr olunmuş sərgi keçirildi

AKGT , ASANYOUTH , PEACE , CULTURE

22 yanvar 2015-ci il tarixində “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Xalqların Sülh Hüququ” adlı rəsm müsabiqəsi və iştirakçıların təltif olunma mərasimi keçirildi.

Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzi və tərəfdaşları YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Em Art” rəsm stidiyası, Azərbaycan Ressamlar İttifaqı, "ASAN Könüllüləri" gənclər təşkilatının təşkilati, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direkoru Fərhad Hacıyev, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və digər qonaqlar iştirak etdi. 

Qeyd edək ki, müsabiqənin keçirilməsinin təşəbbüskarlarından biri ASAN könüllüsü Etibar Qurbanov olmuşdur.

Sonda rəsm müsabiqəsinin iştirakçılarına mükafatlar təqdim olunmuşdur.