ASAN Könüllüləri “2 Fevral Ümumrespublika Gənclər günü” münasibəti ilə keçirilən tədbirdə iştirak ediblər

AKGT , ASANYOUTH

2015-ci il yanvar ayının 30-u Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gülüstan sarayında “2 Fevral Ümumrespublika Gənclər günü” münasibətilə Respublika gəncləri üçün böyük tədbir keçirildi. 

Tədbirdə bir çox universitetlərdən, təşkilatlardan gənclər iştirak etmiş və mükafatlandırılmışlar. Tədbirdə 150 nəfər ASAN Könüllüsü iştirak etmişdir. Tədbirin davamında bir sıra məşhur mədəniyyət xadimləri çıxış etmiş, gənclər üçün əyləncəli mühit yaradılmışdır. Tədbirdə ASAN Könüllüləri öz aktivliyi ilə seçilmişlər.