Rəfael Hüseynov ilə innovativ görüş!

AKGT , ASANYOUTH , İNNOVATİVİDARƏETMƏ , ASANSCHOOL

28 fevral 2015 tarixində Dövlət İdarəçilik Akademiyasında ASAN könüllüləri növbəti qonağını qarşıladılar.  Könüllülərimizin millət vəkili, görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Rafael Hüseynov ilə görüşü “İnnovativ idarəetmə məktəbi”nin ən maraqlı və faydalı görüşləri sırasına qatıldı.

Söhbət zamanı Rəfael Hüseynov könüllülərimizə üz tutaraq öz dəyərli məsləhətlərini vermiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ASAN könüllülərinin I Forumunda etdiyi çıxışın ASAN könüllülərinə olan diqqətin və ümidlərin göstəricisi olduğunu qeyd etmişdir.

Görüş zamanı könüllülərin Rəfael müəllimin kitablarına olan böyük marağı da məlum olmuşdur. Söz heykəli, Məshəti Gəncəvi-özü, Vaxtdan uca, Əbədi Cavid və digər kitabları haqqında müxtəlif suallar verən ASAN könüllüləri suallarına birinci şəxsdən cavab almaq imkanı qazandılar.

Görüşün sonunda gənclər qonağa təşəkkürlərini bildirmiş, belə görüşlərin mütəmadi olması diləklərini bildirmişlər.

(c) ASAN School