ASAN İntellektuallar Klubunun ilk çempionatı

AKGT , ASANYOUTH , İNTELLEKTUALOYUNLAR , CHAMPIONSHIP

ASAN könüllülərindən yeni təşəbbüs!

3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə ASAN könüllülərindən ibarət ASAN İntellektuallar Klubu yaradılaraq,  Klubun I çempionatı keçirildi.
2015-ci il iyun ayının 6-sı keçirilən I turda hər bir “ASAN xidmət” mərkəzi öz komandaları ilə təmsil olundular.  Bütün komandalar yarışa xüsusi maraqla yanaşaraq aktivlik göstərdilər.
Güclü rəqabətin getdiyi oyunda 6 komanda finalda oynamaq şansı qazandı.
İyun ayının 7-si finala çıxan komandalar yarışdılar. Finalda bütün komandalar fərqlənərək maraqlı oyun nümayiş etdirdilər. Sona yaxın 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandası "Liberal" önə çıxaraq 1-ci yeri, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandası "Exclusive" 2-ci yeri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandası "Xəmsə" isə 3-cü yeri qazandı.
ASAN İntellektuallar Klubunun üzvü olan bütün könüllülərimizi yarışda uğurlu çıxışlarına görə təbrik edir,  bol uğur arzu edirik.