Sabirabad "ASAN xidmət" mərkəzinin ilk könüllüləri

Sabirabad "ASAN xidmət" mərkəzinin ilk könüllüləri məzun oldu.

 

2 aylıq könüllülük fəaliyyətini başa vuran Sabirabad "ASAN xidmət" mərkəzinin könüllüləri öz sertifikatlarını alıb.

Sertifikatlar "ASAN Könüllüləri" Təşkilatının sədri Fərid Sadıxlı və Sabirabad "ASAN xidmət" mərkəzinin direktoru Elvin Cəfərov tərəfindən könüllülərə təqdim olunub.

Fərid Sadıxlı çıxış edərək məzun könüllüləri təbrik edib və bildirib ki, könüllülük gənclərin şəxsi inkişafı ilə  yanaşı  gələcək kariyeraları üçün böyük bir addımdır.

Daha sonra Elvin Cəfərov çıxış edərək məzun könüllülərə gələcək kariyeralarında uğurlar arzu edib.