ASAN Könüllülərinin I Spartakiadası Keçiriləcək

AKGT , ASANYOUTH , SPORT

  “ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ASAN könüllülərinin I Spartakiadası keçiriləcək.

   Tədbirin açılış mərasimində  ,“ASAN Könüllülləri” Təşkilatının sədri  , Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini,  Sabirabad “ASAN xidmət” mərkəzinin direktoru və Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi iştirak edəcəklər.

 Sabirabad Olimpiya İdman Kompleksində keçiriləcək I Spartakiadada  “ASAN xidmət”  mərkəzlərindən 8 komanda daxilində 56 könüllü iştirak edəcək. ASAN könülüsü İbrahim İbrahimovun ideya müəllifi  olduğu  “Sağlamlıq Günü” layihəsi çərçivəsində  təşkil olunacaq  yarışda iştirakçılar atletika, velosiped yarışı, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə öz güclərini sınayacaqlar.

 Tədbirin sonunda ümumi idman növləri  üzrə ən çox xal qazanaraq I, II, III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunacaq.  İlk ASAN  Spartakiada kuboku  I yeri tutmuş komandaya təhvil veriləcək.

  Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərimizə idmanı sevdirib, sadə fiziki məşqlərin     gündəlik yerinə yetirilməsini aşılamaq, onları virtual aləmindən asılılıqlarını olduqca azaldıb idman ətrafında cəmləmək və nəhayət bu cür oyunları mütəmadi olaraq şəhər, region və ölkədaxili keçirməklə Azərbaycan Respublikasının gənclərini əhatə etməkdir.