"Könüllülər Yurdu - Azərbaycan" layihəsi Bakıda

AKGT , ASANYOUTH , KÖNÜLLÜLƏRYURDU

8 sentyabr tarixlərində  “Könüllülər Yurdu –Azərbaycan” layihəsinin Bakı şəhəri üzrə açılış mərasimi keçirilib.
4 Saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən mərasimdə “ASAN Könüllülər” təşkilatının sədri cənab Fərid Sadıxlı, Sabunçu rayon İcra Hakimiyyəti başçısının İctimai Siyasi və Humanitar məsələlər üzrə müavini  Arzu xanım Məmmədova, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Rakif Əliyev çıxış ediblər. Çıxış zamanı bildirilib ki,  artıq könüllük fəaliyyəti gənclər arasında geniş vüsət alıb və bu fəaliyyət gənclər üçün həm faydalı həm də marifləndiricidir. Regionlarımızda da bu fəaliyyəti təbliq etmək məqsədilə həyata  keçirilən “Könüllülər Yurdu – Azərbaycan” layihəsi  təqdirə layiqdir. Daha sonra tədbirdə iştirak edən Balaxanı, Bülbülə, Buzovna, Bilgəh, Maştağa və Bakının digər  qəsəbələrindən olan məktəblilərə könüllük fəaliyyətilə bağlı müxtəlif təlimlər keçiriləcək.
Qeyd edək ki, hazırda Bərdə rayonunda da adı keçən layihənin açılış mərasimidir.