"Solğun Çiçəklər" Tamaşası

Gəncə “ASAN xidmət” mərkəzinin dahi Azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyan K15M1 könüllülər qrupu 27 oktyabr tarixində müəllifin “Solğun çiçəklər” əsərini səhnələşdirib. Tamaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində nümayiş etdirilib.

Gənclərin aktyorluq bacarığı, səhnə mədəniyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Uğurlu tamaşaya görə Gəncə "ASAN xidmət" mərkəzi könüllüləri K15M1 qrupları sırasında qalib elan olunub.

Gecədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Cəfər Cabbarlının nəvələri Bəhlul Abbasov, Qəmər Seyfəddinqızı (Cəfər Cabbarlı ev-muzeyinin direktoru) və digər qonaqlar iştirak ediblər. Onlar könüllülərimizi böyük zəhmət və həvəslə ərsəyə gətirdikləri tamaşaya görə təbrik ediblər.

 

informasiya dəstəyi: Trend  Milli.az  Day.az