ASAN Könüllülərinin bayraq günü fləşmobu.

ASAN Könüllüləri  9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş fləşmob gerçəkləşdiriblər.

"Bayrağımız - dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir" sloqanı ilə  keçirilən fləşmob "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi - Bakı, Gəncə, Sumqayıt, Bərdə və Sabirabad şəhərlərini əhatə edib və  ümumilkdə 100-dən çox könüllü iştirak edib. Fləşmoba dövlət himnini ifasıyla başlayan könüllülər üçrəngli bayraq şəkillərini geyimlərində və üzlərində əks etdiriblər. Həmçinin  könüllülər "ASAN xidmət" mərkəzlərində vətəndaşlara bukletlər  paylayıblar  və bu paylanılan bukletlərdə bayraq gününün tarixi, önəmi və bayrağımız haqqında məlumat xüsusi yer alıb. Bu fləşmob Bakı şəhərində ictimai nəqliyyatda da davam etdirilib. ASAN Könüllülərinin Nəqliyyat bələdçiləri də üzlərində üçrəngli bayraq şəklini əks etdiriblər və sərnişinlərə 9 Noyabr Bayraq Günü ilə bağlı məlumatlar veriblər. 

Könüllülər bununla sakinlərin və "ASAN xidmət" mərkəzlərinə gələn yaşlı və gənc nəslin də diqqətini  Bayraq Gününə cəlb ediblər.

Fləşmobun keçirilməsində əsas məqsəd 9 Noyabr - Dövlət Bayrağı Gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını və bayrağımızın dövlətimizin və xalqımızın varlığının əsas meyarı olduğunu bir daha cəmiyyətə çatdırmaqdır.

Milli.az   Trend.az  Day.az  Azvision.az   Oxu.az  Salamnews.org  Aktual.az  QHTxeber.az Edu-map.org