Biznes Təlimləri

ASAN könüllüləri üçün sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən və biznes ruhunun mahiyyətindən bəhs edən təlimlər başlayır. Təlimlər zamanı biznes planların necə yazılmalı olduğu haqqında da iştirakçılar məlumatlandırılacaqdır. 2016-cı il 7 mart tarixindən başlayacaq təlimlərdə iştirak üçün mərkəzlər üzrə məsul şəxslərə müraciət edə bilərsiniz.

Təlimçi haqqında:

Tağı Tağızadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (bakalavr dərəcəsi) və University of California Berkeley (ABŞ) ( magistr dərəcəsi) Biznes hüququ üzrə təhsil alıb. Hal hazırda İnternational Anti-Corruption University  Avstriyada magistr təhsili alır. O ABŞ-da Russels and Partners LLP  və Birləşmiş Millətlər Təşkilatı (CTİTF) hüquqşünas kimi çalışıb.  Beynəlxalq Hüquq Mərkəzi ( təsisçi)              və İnnovasiyalar Mərkəzinin Marketinq və Layihələrin departamenti müdiri kimi çalışır. QHT fəaliyyətinə EYP (European Youth Parliament) təsisçi, prezident  ( 2011-2012) , ELSA (European Law Student Association) Vitse-prezident (2010-2011) kimi fəaliyyət göstərib.

Ətraflı məlumat üçün: [email protected]