Xaricdə Tərcrübə üçün şans

"ASAN Könüllüləri"  təşkilatı  və  "AIESEC Azərbaycan" gənclər təşkilatı  tərəfindən esse (inşa) müsabiqəsinə  start verilir. Müsabiqənin şərtləri:

1. Esse (inşa)  "In globalized world, what should a citizen of Azerbaijan do to promote uniqueness of Azerbaijani culture and heritage?" mövzusunda, ingilis dilində yazılmalıdır.

2. Esse-nin ilk  səhifəsində müəllifin adı, soyadı, könüllü kimi fəaliyyət göstərdiyi  “ASAN xidmət” mərkəzi, essenin adı göstərilməlidir.

3. Essenin ölçüsü ilk səhifə nəzərə alınmadan ən az 700 söz olmalıdır.

4. Esse “Word” faylda, “Times New Roman” şrifti  ilə, sətrlər arasındakı interval 2,0 olmaqla yazılmalıdır.

5. “Word” faylın adında müəlifin adı, soyadı qeyd olunmalıdır.

 

Müvafiq qaydada yazılmış esselər 2016-cı il, 8 May, saat 23:59-a dək  [email protected]  e-mail ünvanına  göndərilməlidir və E-mail göndərilərkən mövzu yerinə “Esse müsabiqə” yazılmalıdır.

Müsabiqədə  yalnız “ASAN Könüllüləri” iştirak edə bilərlər.

Qeyd olunmuş qaydalardan hər hansı birinə uyğun olmayan esselər qəbul olunmayacaq.

Qalib “Global Citizen”  xaricdə təcrübə proqramına ödənişsiz müqavilə və uyğun proqramın seçilməsi üçün xüsusi dəstək ilə mükafatlandırılacaq.