ASAN Könüllüləri Təşkilatında təcrübə imkanı.

 

"ASAN Könüllüləri" təşkilatında təcrübə qazanmaq imkanı.

 

"ASAN Könüllüləri" təşkilatının fəaliyyəti ilə yaxından tanış olmaq, Komandamızın tərkib hissəsinə çevrilmək və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət Sizin üçündür.

Aşağıda  "ASAN Könüllüləri" təşkilatının müxtəlif şöbələrinin fəaliyyət istiqamətləri ilə tanış ola və uyğun vakansiya üzrə müraciət edə bilərsiniz.

 

 

Könüllülərlə iş departamenti

  • Könüllülərlə daimi əlaqə
  • Məzun və cari ASAN könüllüləri ilə əlaqələrin təkmilləşdirilməsi
  • Könüllülərin problemlərinin dinlənməsi və onların həlli
  • Könüllülərin ideya və təkliflərinin reallaşdırılması
  • Könüllülərin təlim, tədbir və layihələrdə iştirakının təmin olunması
  • Bakı və regionlarda yerləşən ASAN Könüllüləri Təşkilatının vəkilləri ilə daimi əlaqə
  • Könüllülər üçün təlimlərin təşkil olunması
  • Könüllü bazasının işlənməsi
  • Könüllülərin intellektual dünyagörüşünün, bilik və bacarıqlarının artırılması və fərdi inkişaflarının təmin olunması

 

İctimaiyyətlə əlaqələr departamenti

  • PR strategiyası, büdcəsinin tərtib olunması, icrası və ona nəzarət 
  • Kommunikativ məqsəd, hədəf və mesajların müəyyən olunması  
  • PR standartlarının tərtibi və ona nəzarət   
  • Mətbuatla əlaqələrin qurulması, inkişaf etdirilməsi və ona nəzarət  
  • Press reliz, müsahibə, açıqlamaların hazırlanması və işıqlandırılması
  • Mətbuatın izlənməsi aidiyyatı xəbərlərin ötürülməsi
  • Mətbuatda çıxan məlumatların monitorinqi və qiymətləndirilməsi
  • Sosial şəbəkələrdəki hesabların idarə olunması, izlənməsi
  • Sosial şəbəkələrə məlumatların yerləşdirilməsi, izləyicilərlə ünsiyyət qurulması, sualların cavablandırılması
  • Sosial şəbəkələrdə yeni trendlərin araşdırılması və tətbiqi
  • Müsabiqə və onlayn kampaniyaların təşkili
  • Web sayt - Admin panelinin idarə olunması
  • Sayt üçün məlumatların yazılması və daxil edilməsi
  • İllik hesabatların hazırlanması

Ümumi işlər departamenti

  • “ASAN Könüllüləri” Təşkilatına aid olan tədbirlərin təşkili və onlara nəzarət
  • Tədbir üçün lazım olan materialların hazırlanması, yoxlanması, tədbir məkanına çatdırılması
  • Tədbir zamanı protokola nəzarət
  • Aylıq hesabatların verilməsi

Layihələrin idarəolunması departamenti

  • Könüllülərin Respublika ərazisində, eləcə də Respublika xaricində fəaliyyətini təmin edəcək layihələrin təşkil edilməsi
  • Tarixi əhəmiyyətli günlər və şəxslər barədə layihələr həyata keçirməklə şərəfli keçmişimizin gələcəyə daşınması
  • Könüllülük fəaliyyətinin Respublikanın şəhər və regionlarında daha geniş yayılmasını təmin edəcək layihələrin keçirilməsi

 

  Yuxarıda göstərilən departamentlərin birində təcrübə keçmək üçün BURADAN QEYDİYYATDAN KEÇİN!