ASAN Könüllüləri Ədliyyə orqanlarında təcrübə keçə biləcəklər!

"ASAN School" könüllülük proqramının Ədliyyə Nazirliyi ilə yeni əməkdaşlığı çərçivəsində ASAN könüllüləri ədliyyə orqanlarında təcrübə keçə biləcəklər!

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

  • Qanunvericilik üzrə minimal biliklər;
  • Humanitar elmlər üzrə təhsil ( Hüquq təhsilinə üstünlük veriləcək );
  • Microsoft Office üzrə minimal biliklər;
  • Araşdırma və təhlil bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli və etik yanaşma.

Qeydiyyat üçün link: http://goo.gl/OaLv0I