“Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib

2016-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

20-25 iyul tarixində keçiriləcək layihə, ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaqdır. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub.