Nümayəndələrlə müsahibə

Gəncə "ASAN xidmət" mərkəzinin könüllüsü Maya Ələkbərova ilə müsahibə.

── Salam, zəhmət olmasa özünüzü təqdim edərdiz.

──  Salam, mən Maya Ələkbərova Rövşən qızı 15.09.1992-ci il tarixində Gəncə şəhərində anadan olmuşam. 1999-cu ildə Gəncə şəhər 2 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam. 2010-cu ildə həmin məktəbi bitirib Azərbaycan Dillər Universitetinin “İngilis dili müəlliməliyi” ixtisasına qəbul olmuşam. 2014-cü ildə məzun olmuşam. 2014-2016-cı illərdə həmin universitetdə “İngilis dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr təhsilimi almışam. 

── Necə oldu ki, ASAN könüllüsü olduz?

── ASAN xidmət mərkəzlərində könüllü olmaq üçün internetdə elan gördüm, dostlarımdan da eşitmişdim maraqla keçən zaman içində çox şeylər öyrəndiklərini və özümü yoxlamaq qərarına gəldim. Müsahibədən uğurla keçərək ASAN könüllüsü kimi fəaliyyətə başladım və bu mənim üçün ən sevindirici xoş günlərdən idi.

── Könüllülük fəalliyyəti ərzində təəssüratlarınız necə oldu?

── Könüllülük fəaliyyətim dövründə iştirak etdiyim təlim və tədbirlər məni tələb olunan sahədə daha məlumatlı biri kimi formalaşdırdı. Çox maraqlı və öyrədici bir dövr oldu mənim üçün. Yüksək mədəniyyət, rəsmiyyətdə nəzakət gördüm.

── Bu müddət, “ASAN”dakı fəaliyyət nələri qazandırdı sizə?

──“ASAN Xidmətdə” fəaliyyət göstərdiyim dövrdə sənədlərin hazırlanması və ərizələrin yazılması qaydalarını öyrəndim. Əlavə olaraq qrup rəhbəri kimi fəaliyyət göstərməyim mənim  idarəçilik bacarıqlarımın formalaşmasına da kömək etdi. Bu da mənə yeni dostlar qazandırdı, yeni bacarıqlara yiyələnməyimə səbəb oldu və ən əsası heç bir yerdə öyrənə bilməyəcəyim təcrübələr və biliklər  qazandırdı. Bir müddət sonra nümayəndə kimi fəaliyyətə başladım ki, bu da könüllülərlə daha sıx əlaqədə olmağıma və problemləri həll etmək bacarığının formalaşmasını təmin etdi. 

── Hal-hazırda hansı işdə çalışırsız?

──  “ASAN Könüllüləri” Təşkilatının Gəncə “ASAN Xidmət” mərkəzi üzrə nümayəndəsi kimi çalışıram. 

──  Gələcək planlarınız barədə nə deyə bilərsiz?

── Nümayəndə kimi fəaliyyətimi daha da mükəmməlləşdirmək istəyirəm. Könüllülərlə birlikdə fərqli ideyalar üzərində işləmək, əlavə olaraq mövcud sahəylə bağlı yeni biliklər əldə etmək  və gələcəkdəki layihələr də daha yaradıcı olmaq məqsədlərimdəndir.

   Vaxtınızı ayırdığınız üçün minnətdarıq.