ASAN könüllüləri üçün tibbi yardım təlimlərinə başlanıb

"ASAN Könüllüləri" Təşkilatı və “Avrasiya Hospital” -ın  birgə tərəfdaşlığı ilə ASAN xidmət mərkəzlərində könüllülər üçün ilkin tibbi yardım üzrə maarifləndirici təlimlər keçirilmişdir.

Təlim çərçivəsində “Avrasiya Hospital”-ın həkim-pediatoru Fərqanə Əfəndiyeva çıxış edərək könüllülərə “Qanaxmalar zamanı ilk tibbi yardım”, “Termik yanıqlar zamanı ilk tibbi yardım”, “Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım”, “ Oynaq çıxıqları zamanı ilk tibbi yardım” haqqında maarifləndirici  məlumatlar təqdim etmişdir. Eyni zamanda “Avrasiya Hospital”-ın KSM fəaliyyəti haqqında marketinq şöbəsinin müdiri Vüqar Məmmədov və baş həkimin müavini Xəyalə Zamanova  iştirakçıları məlumatlandırmışdır.

Görüşlərin keçirilməsində məqsəd könülülərə ilk həkiməqədər yardımın vacibliyini çatdırmaq və ASAN könüllülərinə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində tərəfdaş şirkətlərinin dəstəyini nümayiş etdirməkdir.Qeyd edək ki, təlimdə iştirak edən bir qrup könüllüyə  www.asanmektub.az  layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı Avrasiya Hospital tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində  hədiyyə olunmuşdur.

#asankonulluleri #avrasiyahospital #akt