Uğurlarımız

"ASAN Könüllüləri" Təşkilatı "Təhsil Açarı" mükafatı ilə təltif olunmuşdur

Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, “Mənim təhsilim, mənim gəncliyim!” kampaniyası və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilmişdir.

Forumun sonunda “ASAN Könüllüləri”  Təşkilatı ictimai birliyinin baş katibi Vəfa Qubadova təşkilat adından Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə - “Təhsil Açarı” mükafatı ilə təltif olunmuşdur. 

ASAN Könüllüləri - İlin Gəncləri

2 fevral Gənclər Günü münasibətilə ölkə üzrə keçirilən mükaflandırma mərasimində aşağıdakı ASAN Könüllüləri “İlin Gənci” adına layiq görülmüşdür:

Fərid Sadıxlı (Təşkilatın sədri) - Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında imzaladığı sərəncama əsasən Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.

Rəşad Məmmədov (Təşkilatın İdarə Heyətinin üzvü) – Sumqayıt şəhəri üzrə “İlin Gənci” adına layiq görülmüşdür.

Bəşir Bağırzadə (fəal Gəncə ASAN Könüllüsü)- Gəncə şəhəri üzrə “İlin Gənci” adına layiq görülmüşdür.

Elnur Atayev (fəal Sabirabad ASAN Könüllüsü) – Sabirabad rayonu üzrə “İlin Gənci” adına layiq görülmüşdür.

Milli İnternet Mükafatı-2015

ASAN Könüllülərinin rəsmi web səhifəsi olanwww.asanyouth.az saytı İctimai-sosial saytlar nominasiyası üzrə Milli İnternet Mükafatı 2015-in qalibi seçilib.

Qeyd edək ki, Milli Net 2015-ə 14 Nominasiya üzrə 374 internet resurs təqdim olunub və onlardan yalnız 299 sayt yarışmaya buraxılıb. Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan Münsiflər Heyəti 2-ci səsvermə prosesində 97 Nominant sayt arasından ən yaxşılarını seçib.
4 ay müddətində davam edən yarışmanın nəticəsi olaraq ASAN Könüllülərinin www.asanyouth.az saytı İctimai-sosial saytlar nominasiyası üzrə bütün rəqiblərini üstələyərək qalib gəlib.