Könüllü sıralarımıza qoşulmaq istəyən gənclər aşağıdakı keçiddən istifadə edərək elektron Könüllü anketini doldura bilərlərlər: http://goo.gl/BmkDuw Və ya öz yaşayış məntəqənizə yaxın olan müvafiq “ASAN xidmət” mərkəzlərinə yaxınlaşaraq CV-nizi təqdim edin və Könüllülük üçün müraciət etmək istədiyinizi bildirin. 16-25 yaşlı hər bir gənc Könüllülük üçün müraciət edə bilər. Könüllülüyə müraciət etmək üçün heç bir xüsusi tələb yoxdur.

19 dekabbr 2013-cü ildə qeydiyyata alınan və bir qrup ASAN Könüllüsünün təşəbbüsü ilə Könüllülər arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır. “ASAN Könüllüləri" gənclər təşkilatı yarandığı gündən Respublikada aparılan gənclər siyasətinin ən böyük dəstəkçilərindən biri olmuşdur. Könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkşafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaq ASAN Könüllülərinin ən başlıca missiyasıdır.

Bu günə qədər 50-dən artıq layihə keçirilmişdir və onlar aşağıdakı istiqamətlərdə təşkil edilmişdir: - Şəxsi inkişafa yönələn layihələr; - Dövlətçilik və Vətənpərvərliyi aşılayan layihələr; -Sağlam həyat tərzinin aşılanması istiqamətində layihələr; - Gənc istedadların aşkarlanması istiqamətində layihələr.

Xeyr, bütün layihələrdə iştirak etmək üçün veb səhifə və ya rəsmi facebook səhifə vasitəsi ilə elan olunur. Elanda isə xüsusi ilə qeyd edilir ki, 2/3 ASAN Könüllüləri, 1/3 digər gənclər iştirak edə bilər.

Xeyr, bütün ASAN Könüllüləri (habelə ASAN School proqamında iştirak edən könüllülər və təşkilatda fəaliyyət göstərən könüllülər) təmənnasız olaraq fəaliyyət göstərirlər.

“ASAN xidmət” mərkəzlərində Könüllülük ümumi olaraq ¬¬“ASAN School” adlandırılır və iki mərhələdən ibarətdir: “Master 1” və “Master 2”. “ASAN School”-un missiyası Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsidən və könüllülərin praktiki bilik və bacarıqlarının gücləndirilməsindən ibarətdir. Könüllülər “ASAN School” proqramını bitirdikdən sonra işlə təmin olunmaları məqsədi ilə “ASAN Kadr” proqramı yaradılmışdır. Daha ətraflı məlumat üçün: http://asanschool.az http://asankadr.az

Master 1 proqramı çərçivəsində mərkəzin və könüllülərin fəaliyyətinin tənzimlənməsi məqsədilə könüllü fəaliyyət gündəlik olaraq 3 növbə əsasında həyata keçirilə bilər. 3 növbəlilik sistemə əsasən 1-ci növbə saat 10:00 – 13:00, 2-ci növbə 13:00 – 16:00, 3-cü növbə 16:00 – 20:00-a qədər davam edir və bu növbəlilik prinsipləri könüllülərin həm “ASAN xidmət” mərkəzlərində xidmət göstərməsinə, həm də digər işlərinə vaxt ayırmasına köməklik göstərir. Həftə ərzində 1 istirahət günü nəzərdə tutulur.

Könüllü fəaliyyət müddəti ərzində könüllülər vətəndaş axının idarə olunmasında, vətəndaş məmnunluğunun təmin olunmasında, “ASAN xidmət” mərkəzinin daha operativ şəkildə fəaliyyət göstərməsinə yardımçı olmasında və s. iştirak etməkdən ibarətdir.